AFFA iki klubu cərimələdi

İDMAN
17:07
4 Fevral 2021
86

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sabah.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunları ilə bağlı qərarlar verilib.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”  – “Səbail” oyununda qonaq komanda stadiona gələrkən gecikdiyi üçün klub 800 manat cərimə olunub.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Keşlə”  – “Kəpəz” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

Xəbər lenti