İcra başçısı 1-ci müavinini işdən çıxardı - Əhəd Abıyevin qardaşıdır

GÜNDƏM
11:03
3 Mart 2020
117

Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev işdən azad edilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, icra başçısı Şahin Məmmədov ötən gün bu barədə əmr imzalayıb. N. Abıyev yaş həddiylə bağlı işdən azad olunub.

Məsələ ilə bağlı N. Abıyevlə də əlaqə saxlanılıb. O, bu məsələ barəsində narahat edilməməsini xahiş edib.

Qeyd edək ki, N. Abıyev Daşkəsənin icra başçısı Əhəd Abıyevin qardaşıdır.

Xəbər lenti