Ermənistan ordusunun polkovniki rüşvətə görə saxlanıldı
Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkənin silahlı qüvvələrinin polkovnikini saxlayıb.
Sabah.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, polkovnik rüşvət müqabilində əsgərləri bir hərbi hissədən digərinə, eləcə də ön cəbhədən arxa cəbhəyə keçirməkdə ittiham olunub.
Bildirilib ki, ötən il sentyabrın 13-də polkovnik həqiqi hərbi xidmətdə olan əsgərin anasından övladının başqa bölməyə köçürülməsi üçün 2 min dollar tələb edib. Noyabrın 7-də hərbi xidmətə çağırılan başqa bir əsgəri Qarabağda döyüşlərdə iştirak edən hərbi hissəyə göndərməmək üçün vasitəçi ilə əsgərin valideynlərindən 2 500 dollar istəyib və növbəti gün o, 2 min dollar alıb.
Eyni zamanda polkovnik daha bir əsgəri başqa hərbi hissəyə göndərmək üçün 10 min dollar tələb edib.
Polkovnik 2021-ci ildə bir çağırışçının başqa bir hissəyə köçürülməsi 2 min dollardan çox pul istəyib. 7-8 yanvar tarixlərində bu məbləğ hissə-hissə onun hesabına köçürülüb.
MTX-nin məlumatına görə, o həmçinin xəstəxanada işədüzəltmə, hərbi rütbələrin verilməsinin təşkil edilməsinə görə 3 min dollar alıb.
Müharibə zamanı Ermənistan silahlı qüvvələrinin zabiti başqa bir hərbçinin Sünikdəki xəstəxanadan İrəvana geri çağırılmasını da təşkil edib və bundan sonra onu arxa cəbhəyə köçürüb. Buna görə 600 dollardan çox vəsait alıb.
Polkovnikin müharibə dövründə bir hərbi qulluqçunun Qarabağdakı hərbi hissədən qaçmasını ört-basdır etdiyi də məlum olub.
Lusakertdəki bir hərbi hissədən çağırışçının cəbhəyə göndərilməməsi qarşılığında 400 dollardan çox pul alıb. Maraqlıdır ki, oradan cəbhəyə göndərilmə ümumiyyətlə planlaşdırılmamışdı.
Qeyd edək ki, polkovnik MTX-yə gətirilib. Onunla birgə daha 10 nəfər saxlanılıb.
Daha çox