Yük maşını avtomobilə çırpıldı, 1 nəfər öldü

HADİSƏ
14:26
3 Fevral 2021
64

Ağdaş rayonunun Əmrah kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, qəza fevralın 2-də saat 15 radələrində qeydə alınıb.

Sumqayıt şəhər sakini H.Ağayev idarə etdiyi “DAF” markalı yük avtomobilini qarşıda gedən Tovuz rayon sakini E.Bayramovun idarə etdiyi “Renault” markalı avtomobilə vurub. Nəticədə minik avtomobilindəki sərnişinlərdən E.Alıyev hadisə yerində ölüb, digər sərnişin isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti