Səhiyyə Nazirliyi yeni ştammla bağlı səsyazılarına aydınlıq gətirdi

XƏBƏR
16:48
2 Fevral 2021
46

“Sosial şəbəkələrdə yayılan “COVID-19” virusunun yeni mutasiyasının uşaqlara ciddi təsir edəcəyi və xəstəxanalarda uşaq çarpayılarının yerləşdirilməsi ilə bağlı yayılan səs yazısı həqiqəti əks etdirmir”.

Sabah.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilir ki, Ümumdünya Səhiyyə Təşkilatı yeni mutasiya ilə əlaqədar açıqlamasında uşaqlara yarada biləcək təhlükə ilə bağlı heç bir faktın olmadığını bəyan edib:

“Bu mövzunun həssaslığını nəzərə alaraq vətəndaşları yalnız rəsmi qurumların məlumatlarına inanmağa çağırırıq”.

Xəbər lenti