Koronavirus neçə ölkəyə yayılıb?

XƏBƏR
09:33
3 Mart 2020
38

Çindən kənarda yeni növ koronavirusa (COVID-19) yoluxma halları 64 ölkədə qeydə alınıb.

Sabah.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Məlumata əsasən, Çindən kənarda koronavirusa yoluxanların sayı sutka ərzində 1 598 nəfər artaraq, 8 774 nəfərə çatıb.

Ümumilikdə Çindən kənarda 128 nəfər yeni növ koronavirusdan ölüb.

Xəbər lenti