Məhkəmə Koçaryanın ölkədən çıxmasına icazə verdi
14:00
2 Fevral 2021
53Ermənistanda məhkəmə sabiq prezident Robert Koçaryanın beş gün müddətinə ölkə xaricinə səfər etməsinə icazə verib.
Sabah.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hakim Anna Danibekyan eks-prezidentin ölkədən çıxışına qoyulan məhdudiyyəti müvəqqəti olaraq götürüb.
Məhkəmənin qərarına əsasən, R.Koçaryan 3-8 fevral tarixlərində Ermənistanı tərk edə bilər.
Xatırladaq ki, 26 iyul 2018-ci il tarixində Ermənistan Xüsusi İstintaq Xidməti Koçaryanı 1 Mart 2008-ci il tarixindəki etiraz aksiyalarının dağıdılması ilə bağlı qaldırılmış cinayət işi çərçivəsində konstitusiya quruluşunu devirməkdə ittiham edib. Koçaryan ittihamları uydurma siyasi təqib hesab edir. Cinayət işində KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov, keçmiş müdafiə naziri Seyran Ohanyan və prezident administrasiyasının keçmiş rəhbəri Armen Gevorgyanın da adı keçir.
Daha çox