Qobustanda bir ailənin 5 üzvü siçan dərmanı içdi - Biri öldü
Qobustan rayonunda kütləvi zəhərlənmə baş verib.
Sabah.az Trend-ə istinadən xəbər verir ki, Qobustan şəhər sakinləri - Şıxəliyev Elnur Amil oğlu, Şıxəliyeva Gülçiçək Bərkdəmir qızı, Şıxəliyev Məhəmməd Elnur oğlu, Şıxəliyeva Könül Elnur qızı və Bakı şəhər sakini Şıxəliyeva Gülminə Gülbaba qızı siçan dərmanından zəhərlənib.
Onlar təcili olaraq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***
Qobustan rayonunda siçan dərmanından zəhərlənən şəxslərdən biri xəstəxanada ölüb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib ki, hadisə nəticəsində zəhərlənən Şıxəliyeva Gülminə Gülbaba qızı qanda olan dəyişiklikdən beyin qansızması keçirib və dünyasını dəyişib: "Zəhərlənən uşaqlardan biri hazırda əməliyyatdadır. Qalan 3 nəfərin isə vəziyyəti stabildir".
Xatırladaq ki, Qobustan rayonunda bir ailənin 5 üzvü - Elnur Şıxəliyev, Gülçiçək Şıxəliyeva, Məhəmməd Şıxəliyev, Könül Şıxəliyeva və Gülminə Şıxəliyeva siçan dərmanından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.
Daha çox