Bakı-Yalama dəmir yolunun tikintisi zamanı qəza - 2 fəhlə yaralandı

HADİSƏ
11:11
2 Fevral 2021
87

Şabran rayonunda fəhlələr torpağın altında qalaraq xəsarət alıblar.

Sabah.az xəbər verir ki, Şabran rayon prokurorluğundan verilən məlumata görə, fevralın 1-də saat 21 radələrində  “Kolin” inşaat şirkəti tərəfindən tikintisi aparılan Bakı-Yalama dəmir yolunun Şabran rayonu ərazisindən keçən hissəsində fəhlələrin təmir-tikinti işləri apararkən xəsarət almaları barədə məlumat daxil olub.

Müəyyən edilib ki, Feyruz Ağarzayev və Əmrağa Ağayev qeyd edilən ərazidə qəlibçilik işləri görərkən sonuncuların üzərlərinə torpaq kütləsi ilə birlikdə taxta şpalların aşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti