Ermənistan Qazax istiqamətində atəşkəsi pozdu

GÜNDƏM
09:45
2 Fevral 2021
122

Azərbaycanın Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.

Dövlət Sərhəd Xidmətindən Sabah.az-a verilən məlumata görə, 2 fevral tarixində saat 05:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmələri tərəfindən həmin istiqamətdə dövlət sərhədinin müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub.

Xəbər lenti