Staric futboldan kənarlaşdırıldı

İDMAN
01:11
3 Mart 2020
82

İngiltərə Futbol Federasiyası "Trabzonspor"dan (Türkiyə) ayrılan Daniel Staricə növbəti cəza tətbiq edib.

Sabah.az qurumun saytına istinadən xəbər verir ki, buna məşhur futbolçunun mərc qaydalarını pozması səbəb olub. Belə ki, 30 yaşlı hücumçu 2018-ci ilin yanvar ayında mümkün transferi ilə bağlı qardaşı Leona bildirib. O, qardaşına  "Sevilya"ya (İspaniya) gedəcəyi ilə bağlı mərc şirkətində pul qoymağını istəyib.

Baş verənlərə görə qurum ötən ilin yayında Starici 4-ü şərti olmaqla, 6 həftəlik futboldan kənarlaşdırmışdı.

Təşkilatın apellyasiya komitəsi qərarı yenidən nəzərdən keçirib və iki qayda pozuntusunu sübut edərək cəzanı sərtləşdirib. Yeni qərara əsasən, Staric 2020-ci ilin iyunun 17-ə kimi futboldan kənarlaşdırılıb. Bundan başqa, ingilis oyunçu 150 min funt sterlinq məbləğində cərimələnib.

Qeyd edək ki, İngiltərə millisinin də üzvü olan Daniel Staricə "Mançester Siti" 2006-2009, "Çelsi" (2009-2013), "Bolton Uonderers" (2011, icarə), "Liverpul" (2013-2019), "Vest Bromviç" (2018, icarə), "Trabzonspor" ("2019-2020) kimi klublarda çıxış edib.

Xəbər lenti