Koronavirusdan ölən ərinə 40 mərasimi verən şəxs cərimələndi
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Sabah.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı şəhər sakini S.Qasımovanın karantin rejimi qaydalarını pozaraq COVID-19 infeksiyasından dünyasını dəyişmiş həyat yoldaşına 50 nəfərlik "40 mərasimi" təşkil etməsi müəyyən edilib. Həmin ünvana gələn polis əməkdaşları tərəfindən məclisin keçirilməsi dərhal dayandırılıb və məclisdə iştirak edənlərə bir daha karantin rejiminin qaydaları izah olunub.
2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar. Onlardan biri evin sahibi S. Qasımova, digəri isə məclisi idarə edən qadın molla olub.
Daha çox