FHN-dən uşaqlara xüsusi çarpayı ayrılması xəbəri haqda açıqlama
Fövqəladə Hallar Nazirliyi son günlər Zığ qəsəbəsində yerləşən koronaviruslu (COVID-19) xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalında koronavirus infeksiyasına yoluxmuş uşaqlar üçün xüsusi çarpayıların yerləşdirilməsi barədə xəbərə münasibət bildirib.
Sabah.az nazirliyin saytına istinadən xəbər verir ki, açıqlamada qeyd olunub:
"Son günlər bəzi sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Bakı şəhərinin Zığ qəsəbəsində yerləşən koronaviruslu (COVID-19) xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalında koronavirus infeksiyasına yoluxmuş uşaqlar üçün xüsusi çarpayıların yerləşdirilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır.
Fövqəladə Hallar Nazirliyi olaraq bu məlumatları qəti şəkildə təkzib edir və kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatları yaymamağa çağırır, ictimaiyyətdən isə yalnız rəsmi məlumatlara etibar etməyi xahiş edirik”.
Daha çox