Bu ərazilərə qar yağıb - Faktiki hava

XƏBƏR
17:20
30 Yanvar 2021
81

Ölkə ərazisində müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sabah.az-a bildirilib ki, yanvarın 30-u saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, arabir yağıntılı olub.

Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Hacıqabul, Neftçala, Lənkəran, Ağsu, Quba, Biləsuvar, Ceyrançöl, Xaçmaz, Şabran, Nabran, Bakıda və Abşeron yarımadasında: Maştağa, Binə, Neft Daşları, Pirallahı, Cilov adasında yağış, Qrız, Xaltan, Qusar, Altıağac, Mərəzə, Şamaxı, İsmayıllı, Qəbələ, Kişçay (Şəki), Göyçay, Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Şahdağ, Xınalıqda qar yağıb.

Xəbər lenti