Azad olunmuş ərazilərdə dövlət orqanlarının strukturları yaradılır

İQTİSADİYYAT
11:31
30 Yanvar 2021
61

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanlarının müvafiq strukturlarının yaradılması və onların maliyyələşdirilməsi ilə bağlı tələb olunan vəsaitə dair təkliflər hazırlanacaq.

Sabah.az xəbər verir, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncamında əksini tapıb.

Bundan başqa, ölkənin aidiyyəti mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanları Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sektorlar və istiqamətlər üzrə 2022-2025-ci illəri əhatə edən dövrdə (hər il üzrə ayrılıqda) bərpa və yenidənqurma işlərinin aparılması üçün tələb olunan vəsait barədə təkliflərini hazırlamalıdırlar.

Təkliflər 2021-ci il martın 1-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim olunmalıdır.

Xəbər lenti