Daha 15 erməni hərbçinin meyiti tapıldı

GÜNDƏM
11:17
30 Yanvar 2021
111

Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 15 erməni hərbçinin meyiti tapılıb.

Sabah.az “armeniasputnik”ə istinadən xəbər verir ki, cəsədlərdən 2-si Xocavənd, 13-ü isə Cəbrayıl ərazisində aşkarlanıb. Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 344-ə yüksəlib.

Hazırda axtarış işləri Hadrut və Sünik istiqamətlərində davam etdirilir.

Xəbər lenti