Ömər aşırımında hərbi maşın qəzaya düşdü - 2 hərbçimiz həlak oldu

HADİSƏ
17:28
29 Yanvar 2021
108

Azərbaycan Ordusuna məxsus hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə yanvarın 28-də Murov dağı istiqamətində yerləşən Ömər aşırımında qeydə alınıb.

Nəticədə iki hərbi qulluqçu həlak olub. Onlar Ramiz Mustafayev və Alıxan Qaragözovdur.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Müdafiə Nazirliyindən faktı təsdiq ediblər.

Allah rəhmət eləsin!

Xəbər lenti