Mərkəzi Bank Şuşada idarə açacaq

İQTİSADİYYAT
16:16
29 Yanvar 2021
54

Mərkəzi Bankın sədri Elman Rüstəmov işğaldan azad edilmiş ərazilərdə rəhbərlik etdiyi qurumun görəcəyi işlərdən danışıb.

Sabah.az xəbər verir ki, sədr bildirib ki, qurumun Qarabağla bağlı geniş proqramı var: “Ən başlıca işlərdən biri həmin ərazilərdə maliyyə bank infrastrukturunun formalaşdırılmasıdır. Bu istiqamətdə bank sığorta sektoruyla müzakirələrimiz olub. Mərkəzi Bankın orada iki böyük ərazi idarəsi olacaq. Onlardan birinin Şuşada olması planlaşdırılır. Həmçinin şanlı qələbənin ildönümünə xatirə pul nişanlarının və banknotların buraxılmasını planlaşdırırıq. Bu 500-lük banknot olmayacaq. Suqovuşana həsr olunmuş xatirə əmanətləri olacaq.

Qarabağ istiqrazlarının buraxılması isə bizim məşğul olduğumuz iş deyil. Bu məsələ Maliyyə Nazirliyinin profilində olan məsələdir”.

Xəbər lenti