Elman Rüstəmovdan Mərkəzi Banka tikiləcək binayla bağlı açıqlama

İQTİSADİYYAT
15:33
29 Yanvar 2021
77

Mərkəzi Bankın sədri Elman Rüstəmov son günlər ölkə ictimayyətində rəhbərlik etdiyi qurum üçün tikiləcək inzibati binanın qiymətiylə bağlı gedən müzakirələrə münasibət bildirib.

Sabah.az xəbər  verir ki, E.Rüstəmov qeyd edib ki, Mərkəzi Bank öz vəsaitləri hesabına tikiləcək:

“MB büdcədən heç bir vəsait almır. Son 3 ildə dövlət büdcəsinə 7,8 milyardlıq manat vəsait köçürüb. Cari ildə 250 milyon pul köçürməyi planlaşdırılır. Binanın tikintisi 4-5 il çəkəcək”.

Xəbər lenti