DİN-in idarə rəisi təqaüdə göndərildi

GÜNDƏM
15:28
29 Yanvar 2021
378

Daxili İşlər Nazirliyinin (DİN) Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev işdən azad edilib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, R.Qarayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, R.Qarayev müxtəlif vəzifələrdə, o cümlədən tağım komandiri, baş inspektor, nazirliyin orqanı olan “Mübariz keşikdə” qəzetinin müxbiri, Mətbuat xidmətinin inspektoru, bölmə rəisi, İdarə rəisinin müavini vəzifələrində xidmət edib.

35 illik xidməti dövründə bir çox mükafatlara, o cümlədən fəxri fərmanlara, DİN-in “Əla xidmətlərinə görə” döş nişanına, “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının hər 3 dərəcəsinə, “Azərbaycan Polisinin 95 illiyi”, “Azərbaycan Polisinin 100 illiyi” yubiley medallarına layiq görülüb. 2007-ci ildə ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

Xəbər lenti