Ezamiyyə xərclərinə dəyişiklik edildi
Ezamiyyə xərclərinin normalarına dair dəyişikliklər təsdiq edilib.
Sabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Qərarda bildirilir ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilsin.
Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir.
2008-ci il 25 yanvar tarixli 14 № li Qərarda nəzərdə tutulan Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizinin ödənilməsi haqda maddə ləğv olunur.
Bundan sonra mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər olmadığı halda hesablamalar yuxarıdaki qaydada həyata keçəcəkdir.
Daha çox