Qabiliyyət imtahanlarında dəyişikliklər olacaq
“Bu il qabiliyyət imtahanlarının keçirilməsi nəzərdə tutulub”.
Sabah.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirib.
O qeyd edib ki, lakin burada bəzi dəyişikliklər var: “Gələn həftə bununla bağlı jurnal nəşr olunacaq və dəyişikliklər orada göstəriləcək. Əgər epidemioloji vəziyyət imkan verməsə, keçənilki plan üzrə bəzi ixtisaslarda qabiliyyət imtahanları ixtisar oluna bilər. Lakin bu, “B” planıdır. “A” planı isə odur ki, biz qabiliyyət imtahanlarını keçirək”.
Daha çox