Azərbaycan daha 5 hərbi əsiri Ermənistana qaytardı

GÜNDƏM
18:40
28 Yanvar 2021
65

Azərbaycandan daha 5 hərbi əsir Ermənistana qaytarıb.

Sabah.az xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin müavini Tiqran Avinyan feysbuk səhifəsində yazıb.

Hərbi əsirlərin qaytarılması Rusiya tərəfinin vasitəçiliyi ilə baş tutub. Hərbi əsirlərin olduğu təyyarə artıq Bakıdan Yerevana yola düşüb.

Məlumata görə, onları Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov müşayiət edir.

Xəbər lenti