Ermənistanda polislə toqquşma oldu, saxlanılanlar var - Video
Ermənistanda hökumət binasının qarşısında polis qüvvələri ilə Baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar arasında toqquşma olub.
Sabah.az xəbər verir ki, bu barədə TASS-ın hadisə yerində olan müxbiri məlumat verib.
Bildirilib ki, etirazçılar hökumət binasına girməyə cəhd edib.
“Biz binaya daxil olub Paşinyanın istefa verməsini tələb etmək istəyirik”, - deyə aksiya iştirakçılarından biri bildirib.
Etirazçıların digər qismi isə Ermənistan Baş Prokurorluğunun binasına daxil olmağa cəhd ediblər.
Polis qüvvələri bu cəhdin qarşısını alıb. Saxlanılanların olduğu bildirilir.
Daha çox