Prokurorluqdan traktorçunun minaya düşməsilə bağlı açıqlama
Tərtərdə traktorla yer şumlayan kişi minaya düşüb.
Baş Prokurorluqdan Sabah.az-a verilən məlumata görə, 28 yanvar 2021-ci il tarixdə saat 12 radələrində Azərbaycan vətəndaşı 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində traktorla yer şumlaması işləri apararkən tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Daha çox