Karantin xəstəxanasının baş direktorundan əhaliyə müraciət

GÜNDƏM
20:36
2 Mart 2020
165

Karantin xəstəxanasının baş direktoru Emin Hüseyn koronavirusla bağlı əhaliyə müraciət edib.

Sabah.az xəbər verir ki, "Real TV"yə açıqlama verən E. Hüseyn vətəndaşlara kütləvi yerlərdən uzaq olmalarını tövsiyə edib:

"Əhali bu tədbirin mahiyyətini başa düşməlidir. Bu, istirahət tədbiri deyil. Bu, əhalini düşünərək verilmiş bir qərardır. Həkim kimi əhaliyə məsləhət görərdim ki, mümkün qədər ev şəraitində olsunlar. Geniş kütləvi yerlərdə olmasınlar. Qərarın mahiyyəti ondan ibarətdir ki, insanlar bir-birilərindən az təmasda olsunlar ki, ehtimal olunan infeksiya yayılmasın. Əhalini təşvişə düşməməyə çağırıram. Bu, sadəcə qabaqlayıcı tədbirdir".

Qeyd edək ki, Nazirlər Kabinetinin yanında operativ qərargahı mart ayının 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.

Xəbər lenti