“Qaçqınkom”un bu bölmələri ləğv edildi

GÜNDƏM
14:02
27 Yanvar 2021
61

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində struktur dəyişikliyi aparılıb.

Sabah.az xəbər verir ki, qurumdan verilən məlumata görə, “Hüquq” və “İnsan resursları” sektorları ləğv edilərək, onların bazasında “Hüquq və kadrlar” şöbəsi yaradılıb.

“Miqrasiya, məşğulluq və status” şöbəsi “Regional idarəetmə və status” şöbəsi ilə əvəzlənib, həmçinin, ayrıca “Məşğulluq sektoru” yaradılıb.

“İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə” şöbəsinin “İnformasiya texnologiyaları” və “Elektron idarəetmə” sektorları birləşdirilib. “Sosial təminat və kommunal xidmətlər” şöbəsinin tərkibindəki “Sosial təminat və kommunal xidmətlər” sektorunun əvəzinə hər iki istiqamət üzrə iki ayrı sektor təşkil edilib. Aparatın tərkibində yeni “Monitorinq” şöbəsi yaradılıb.

Bundan başqa, komitənin Göygöl və Bakı şəhərinin Pirallahı rayonu üzrə yerli bölmələri ləğv edilib.

Eyni zamanda, Dövlət Komitəsi aparatı işçilərinin ümumi say həddi 88-ə çatdırılıb.

Xəbər lenti

16:59 25 Fevral 2021
16:15 25 Fevral 2021
12:57 25 Fevral 2021
17:31 24 Fevral 2021
14:48 24 Fevral 2021
12:27 24 Fevral 2021
10:28 24 Fevral 2021
09:03 24 Fevral 2021