Avrokubokların finalları bu arenalarda - UEFA açıqladı

İDMAN
20:20
2 Mart 2020
96

UEFA 2022-ci ildəki Avropa Liqasının final, 2022 və 2023-cü illərdəki UEFA Superkubokunun oyunlarının keçiriləcəyi stadionların adlarını açıqlayıb.
 
Sabah.az UEFA-nın saytına istinadən xəbər verir ki, Avroliqanın həlledici matçı 2022-ci ildə Macarıstanın paytaxtı Budapeşt şəhərindəki "Puşkaş Arena"da keçiriləcək.

UEFA Super Kuboku 2022-ci ildə Finlandiyanın paytaxtı Helsinkidəki Olimpiya stadionunda, 2023-cü ildə Rusiyanın Kazan şəhərindəki "Kazan Arena"da təşkil ediləcək.

Sözügedən qərarlar UEFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul edilib.

Xəbər lenti