Qiymətləndirmədə kömək edən valideynlər barədə açıqlama

ÖLKƏ
13:01
27 Yanvar 2021
179

“Bəzən zəif şagirdlər qiymətləndirmədə yüksək bal toplayırlar. Bunu nəzərə alaraq qiymətləndirmənin aparılması məsuliyyətinin bir hissəsi müəllimə verilib. Həmçinin belə halların aradan qaldırılması üçün qiymətləndirmə üsulunu seçmək də müəllimin üzərinə qoyulub. Çünki müəllim dərs keçdiyi şagirdi daha yaxşı tanıyır”.

Sabah.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda seminarda Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

O qeyd edib ki, əgər valideyn bilərək şagirdə kömək edirsə, şagird yüksək qiymət alırsa, bu zaman müəllim uduzmur, şagird uduzmuş olur:

“Valideyn öz övladına kömək edirsə, buna nəsə edə bilmərik. O, sadəcə övladına qarşı yalan danışmış olur”.

M.Vəliyeva bildirib  ki, əgər qiymətləndirmə ilə bağlı digər neqativ hallar olarsa, apelyasiyaya müraciət olunmalıdır. Birinci yarımilin qiymətlərindən narazı olanlar fevral ayı ərzində apellyasiya ilə bağlı məktəb rəhbərliyinə müraciət edə bilərlər.

Xəbər lenti