Dərslərin həftədə 3 dəfə keçirilməsi ilə bağlı daha bir açıqlama

GÜNDƏM
12:14
27 Yanvar 2021
297

Təhsil Nazirliyi ibtidai siniflərdə dərslərin həftədə 3 dəfə keçirilməsi məsələsinə aydınlıq gətirib.

Sabah.az xəbər verir ki, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib ki, Bakı, Sumqayıt və Abşerondakı məktəblərdə ibtidai siniflərdə şagird sıxlığı nəzərə alınmadan dərslər həftədə 3 dəfə keçiriləcək.

O qeyd edib ki, belə qərar verilməsinə səbəb həmin ərazilərin risk qrupuna aid olması və orada şəhərdaxili hərəkətliliyi azaltmaqdır:

“Regionlarda isə əgər sinifdaxili sıxlıq imkan verərsə, orada dərslərin həftədə 3 dəfə keçirilməsi təşkil olunacaq. Əgər hər şey qaydasındadırsa, şagirdlərin tək-tək partalarda oturma şəraiti olsa, o zaman dərslər həftədə 5 dəfə keçiriləcək”.