Fərman İsmayılovun nəşi birinci Baş Prokurorluğa, sonra ailəsinə veriləcək - Video

GÜNDƏM
11:57
27 Yanvar 2021
74

Xəbər verdiyimiz kimi, dəniz quldurları tərəfindən qətlə yetirilən həmyerlimiz Fərman İsmayılovun nəşi Azərbaycana gətirilib.

Sabah.az xəbər verir ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Bakı hava limanında onun nəşinin qarşılanması ilə bağlı açıqlama verib.

Bildirib ki, mərhumun nəşi əvvəlcə Baş Prokurorluğa təhvil veriləcək: “Baş Prokurorluğun nümayəndəsi də burdadır. İlkin olaraq, nəşin üzərində məhkəmə tibbi ekspertiza işi aparılacaq, sonra isə ailəsinə təhvil veriləcək”.

L.Abdullayeva F.İsmayılovun meyitinin vətənə gətirilməsində göstərdikləri köməyə görə Türkiyə tərəfinə təşəkkür edib.

Xəbər lenti