Fərmanın cənazəsi Bakıya gətirildi - Fotolar+Yenilənib

GÜNDƏM
11:18
27 Yanvar 2021
136

Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalan “Motsart” gəmisində həyatını itirən azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Qabondan İstanbula gətirilib, oradan isə Azərbaycana yola salınıb.

Sabah.az xəbər verir ki, F.İsmayılovun nəşi Türkiyə Hava Yollarına aid hava gəmisi ilə Vətənə göndərilib.

Onun cənazəsini daşıyan təyyarə Türkiyə vaxtı ilə saat 07:25-də Bakıya doğru hərəkət edib.

Qeyd edək ki, “Motsart” adlı gəmi yanvarın 23-də Nigeriyanın Laqos şəhəri yaxınlığında dəniz quldurlarının hücumuna məruz qalıb. 19 nəfərlik heyətdən 15-i qaçırılıb, Fərman İsmayılov isə qətlə yetirilib.

***

Trend-in məlumatına görə, artıq Fərman İsmayılovun nəşi bir neçə dəqiqə əvvəl Bakı hava limanına çatdırılıb.

Xəbər lenti