Bakıda 27 yaşlı şəxs özünü 18 mərtəbəli binadan atdı - Foto

HADİSƏ
16:58
26 Yanvar 2021
128

Bakıda intihar hadisəsi qeydə alınıb.

Sabah.az xəbər verir ki, Xətai rayon prokurorluğundan verilən məlumata görə, yanvarın 26-da saat 15 radələrində 1994-cü il təvəllüdlü Mahmudov Yaşar Mehman oğlu yaşadığı Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən 18 mərtəbəli binanın 8-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Faktla bağlı Xətai rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Xəbər lenti