Bayramovla Çavuşoğlu Türkiyə gəmisinə hücumu müzakirə etdi
Bu ilin 26 yanvar tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı baş tutub.
XİN-dən Sabah.az-a verilən məlumata görə, nazirlər dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində öldürülmüş azərbaycanlının nəşinin vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Daha çox