Dağıntılar altından 9 yaşlı Fatimənin meyiti çıxarıldı - Video

HADİSƏ
15:21
26 Yanvar 2021
141

Dünən Xırdalanda baş verən partlayışda dağıntılar altında qalan 2012-ci il təvəllüdlü Fatimə Musayevanın cansız bədəni çıxarılıb.

Sabah.az xəbər verir ki, azyaşlının meyiti aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, ötən gün Xırdalanda fərdi yaşayış evində baş verən partlayışda azyaşlı Fatimənin anası, 1988-ci il təvəllüdlü Aytən Musayeva da vəfat edib.

Onun digər ailə üzvləri - atası Vüsal Musayev və 12 yaşlı qardaşı Firudin sağ çıxarılaraq xəstəxanaya yerləşdirilib. 

Xatırladaq ki, dağıntılar altından altı nəfər çıxarılmışdı.

Faktla bağlı cinayət işi başlanılıb.

***

Fövqəladə Hallar Nazirliyinin yaydığı son məlumata əsasən, artıq ərazidə dağıntılar altında qalan şəxsin olmadığı nəzərə alınaraq, FHN tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.

Qeyd edək ki, nazirliyin qəza-xilasetmə qüvvələrinin müdaxiləsi nəticəsində dağıntılar altından 6 nəfər xilas olunub, 2 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti