Sabah Azərbaycan, Rusiya və Ermənistan rəsmilərinin görüşü olacaq

GÜNDƏM
11:54
26 Yanvar 2021
100

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının inşasının müzakirə edilməsi üçün Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin görüşünün vaxtı məlum olub.

Sabah.az xəbər verir ki, bu barədə RBK telekanalı üç ölkənin hökumət mənbələrinə istinadən məlumat verib.

Məlumata görə, görüş yanvarın 27-də Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək.

Bildirilib ki, üçtərəfli görüşdə Azərbaycan tərəfindən Şahin Mustafayev, Rusiyadan Aleksey Overçuk, Ermənistandan isə Mqer Qriqoryan iştirak edəcəklər.

Formatın əsas məqsədi bölgədəki nəqliyyat əlaqələrini tamamilə aktivləşdirilməsi üçün nəyin tikilməli və ya bərpa edilməli olduğunu müəyyənləşdirməkdir.

Qeyd edək ki, yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün yekunları ilə bağlı Baş nazirlərin müavinlərindən ibarət üçtərəfli işçi qrupun yaradılması qərarı verilib.

Xəbər lenti