Asiya Çempionlar Liqasının oyunları təxirə salındı - Virusa görə

İDMAN
18:47
2 Mart 2020
91

Asiya Çempionlar Liqasında qrup mərhələsinin oyunları təxirə salınıb.

Sabah.az Asiya Futbol Konfederasiyasının rəsmi saytına istinadən xəbər verir ki, mart və aprel aylarına planlaşdırılan matçlar koronavirus epidemiyasına görə nəzərdə tutulan vaxtda baş tutmayacaq.

Qrup mərhələsinin qarşılaşmaları 19-24 mayda, pley-off oyunları isə avqustda olacaq.

Qeyd edək ki, daha öncə İran və Cənubi Koreya təmsilçilərinin turnirdəki görüşləri təxirə salınıb.

Xəbər lenti