Prokurorluqda 8 nəfər vəzifədən azad edilib

GÜNDƏM
17:35
25 Yanvar 2021
83

2020-ci il ərzində öz fəaliyyətini müasir tələblər səviyyəsində qura bilməyən, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə, xidməti intizamın kobud pozuntusuna yol verən və vəzifələrini layiqincə yerinə yetirə bilməyən 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

Sabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında məlumat verilib.

Bildirilib ki, onlardan ikisi prokurorluq orqanlarından xaric edilib, səkkiz nəfər vəzifədən azad olunub.

15 nəfərə töhmət və ya şiddətli töhmət, beş nəfərə isə digər intizam tənbehi tədbirləri tətbiq edilib.

Xəbər lenti