“Fərman İsmayılovun cənazəsi Qabona gətirilib” - Çavuşoğlu

GÜNDƏM
15:04
25 Yanvar 2021
56

Yanvarın 23-də Nigeriya sahillərində Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində öldürülən azərbaycanlı Fərman İsmayılovun cənazəsi Qabona gətirilib.

Sabah.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, F.İsmayılovun cənazəsi helikopterlə Qabonun paytaxtı Librevil şəhərinə gətirilib, cənazə işləri islam adət-ənənələrinə uyğun aparılıb.

Çavuşoğlu qeyd edib ki, F.İsmayılovun cənazəsi sabah Librevildən Türk Hava Yollarına məxsus təyyarə ilə Türkiyəyə, ölkə üzərindən isə Azərbaycana çatdırılacaq. 

M.Çavuşoğlu onu da qeyd edib ki, məsələ ilə bağlı Azərbaycanla təmaslar davam edir.

Xəbər lenti