Rusiyalı sülhməramlılar Qarabağda antiterror təlimi keçir

GÜNDƏM
11:12
25 Yanvar 2021
58

Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları müşahidə məntəqələrinin müdafiəsi ilə bağlı mütəmadi təlimlər keçirirlər.

Sabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

“Rus hərbçiləri Dağlıq Qarabağdakı müşahidə məntəqələrində xidmət edərkən mütəmadi olaraq antiterror təlimi keçirlər”,- deyə açıqlamada bildirilib.

Həmçinin qeyd olunub ki, Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin müşahidə məntəqələrinin hərbçilərinin atıcı silahlardan və qəlpələrdən qorunması üçün yoxlama məntəqələri blokpostlarla təchiz olunub.

Xəbər lenti