Bu avtobusların hərəkət sxemi dəyişdirildi - Foto

XƏBƏR
10:43
25 Yanvar 2021
59

Bakıda təmirlə əlaqədədar iki marşrut avtobusunun hərəkət sxemi dəyişib.

Sabah.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Zığ-Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edildiyindən 161 və 191 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ yolla təşkil edilib.

Xəbər lenti