Karantini pozan 17 obyekt cərimələndi

XƏBƏR
17:01
23 Yanvar 2021
36

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.

Sabah.az xəbər verir ki, nazirlikdən bildirilib ki, yanvarın 22-də keçirilmiş monitorinqlər zamanı Xətai rayonunda Aygün Əskərovaya məxsus şirniyyat mağazasında, Səbail rayonunda "Bazarstore" MMC-yə məxsus ərzaq mağazasında, Elvin Xasməmmədova məxsus pərakəndə ticarət obyektində, Nərimanov rayonunda “Çarşı dönər”də, Kamran Ağayevə, Ceyhun Hüseynova məxsus mağazalarda, Qaradağ rayonunda “Araz supermarket”də, Aydın Məmmədova, Mirşahin Babayevə, Şahbəddin Vəliyevə məxsus pərakəndə ticarət obyektlərində, Nizami rayonunda Validə Məmmədovaya məxsus mağazada, Yasamal rayonunda Qalina Mirzəliyevaya məxsus pərakəndə ticarət obyektində, Xəzər rayonunda "Food center market”də, “Al market”də, “Araz market”də, Rüstəm Nəsirova məxsus “1001 xırdavat mağazası”nda, Denis Aslanova məxsus ticarət obyektində, ümumilikdə, 17 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Xəbər lenti

16:59 25 Fevral 2021
16:15 25 Fevral 2021
12:57 25 Fevral 2021
17:31 24 Fevral 2021