Üzərində satışı qadağan olunan dərman və narkotik aşkarlandı

XƏBƏR
13:46
23 Yanvar 2021
53

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında vətəndaş Elşən Kərimovu saxlayıb.

Sabah.az xəbər verir ki, həmin şəxsdən Cəlilabad rayonunda qanunsuz yolla əldə edib gizlətdiyi külli miqdarda – 14 kiloqram 252 qram narkotik vasitə heroin, 1 kiloqram tiryək, 896 qram psixotrop maddə olan metamfetamin, o cümlədən 323 ədəd satışı qadağan olunan güclü təsiredici dərman “preqabalin” və 0,144 qram “metadon” aşkar olunaraq götürülüb.

Faktla əlaqədar Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və Elşən Kərimov barəsində Nərimanov rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Anar Adıgözəlov saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 qram narkotik vasitə olan metamfetamin, avtomobilindən isə 3 kiloqram marixuana və 2 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb. Saxlanılan Anar Adıgözəlov narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib.

Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə Bül-Bülə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Teymur Cəfərov və Anar Əliyev saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 1 kiloqram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı polis əməkdaşları tərəfindən 22 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, psixotrop maddə və güclü təsiredici dərman vasitələri qanunsuz dövriyyədən çıxarılıb.

Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

16:59 25 Fevral 2021
16:15 25 Fevral 2021
12:57 25 Fevral 2021
17:31 24 Fevral 2021
14:48 24 Fevral 2021
12:27 24 Fevral 2021
10:28 24 Fevral 2021
09:03 24 Fevral 2021