Əli Abbasova AMEA-da yeni vəzifə verildi

ÖLKƏ
10:24
23 Yanvar 2021
50

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Sabah.az xəbər verir ki, AMEA-nın prezidenti Ramiz Mehdiyevin də iştirak etdiyi iclasda bir sıra kadr məsələlərinə də baxılıb.

Akademik Əli Abbasovun İdarəetmə Sistemləri İnstitutunun baş direktoru vəzifəsinə təsdiq edilməsi haqqında qərar qəbul olunub.

Qeyd edək ki, Əli Abbasov 2004-cü ildən 2014-cü ilə qədər Rabitə və İnformasiya Texnologiyaları naziri, 2014-2015-cü illərdə isə Rabitə və Yüksək Texnologiyalar naziri olub.

Xəbər lenti