Tanınmış iş adamı koronavirusdan vəfat etdi

GÜNDƏM
09:18
23 Yanvar 2021
165

Tanınmış iş adamı, “Taimex” şirkətinin və “Ağsu” araq zavodunun sahibi Tahir Yusifov koronavirusdan vəfat edib.

Sabah.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib. Onun bu gün gecə saatlarında dünyasını dəyişdiyi bildirilir.

İş adamı bir neçə gündür Mərkəzi Gömrük Hospitalında müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, T. Yusifov əslən Tovuz rayonundandır.

Xəbər lenti