Şəhidin arzusu ilə oğluna Rəsul adı verildi - Foto

ÖLKƏ
16:52
22 Yanvar 2021
288

Vətən Müharibəsində itkin hesab edilən, daha sonra şəhid olduğu müəyyənləşən Qəmbərli Vüsal İlkin oğlunun övladı dünyaya gəlib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən gün dünyaya göz açan körpə şəhidin ilk övladıdır.

Bakıda – 5 saylı Şəhər Kliniki Xəstəxanasında doğulan körpə oğlandır. Ona atasının arzusu ilə Rəsul adı verilib.

Qeyd edək ki, 1995-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində doğulan şəhidimiz müharibəyə könüllü olaraq qatılaraq şəhadətə yüksəlib. V.Qəmbərlinin nəşi ötən ilin dekabrın 20-də torpağa tapşırılıb.

Xəbər lenti