Azərbaycanda daha bir vəkil vəfat etdi

GÜNDƏM
16:40
22 Yanvar 2021
287

Vəkillər Kollegiyasının daha bir üzvü dünyasını dəyişib.

Sabah.az xəbər verir ki, 22 saylı Vəkil Bürosunun üzvü vəkil Elbrus Mehralıyev bu gün 61 yaşında vəfat edib.

Qeyd edək ki, son 2 ay ərzində Azərbaycan Vəkillər Kollegiyasının üzvləri - Hidayət Məmmədov, Heydər Əsgərov, Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov və Tahir Hidayət Məmmədov Əlirzayev koronavirusdan, İdris Qasımov isə uzun sürən xəstəlikdən vəfat edib.

Xəbər lenti