Qəbul imtahanlarında çətin mövzular ixtisara salınıb

ÖLKƏ
14:10
22 Yanvar 2021
153

Təhsil Nazirliyi qəbul imtahanında gözlənilən güzəşt məsələsinə münasibət bildirib.

Sabah.az xəbər verir ki, Nazirliyin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova jurnalistlərə açıqlamasında bildirib ki, mövzuların ixtisarı aparılıb.

"Xüsusilə çətin mövzular ixtisara salınıb. Bu siyahı artıq Dövlət İmtahan Mərkəzinə (DİM) göndərilib. DİM bunu nəzərə alaraq həmin mövzular üzrə suallar salmayacaq", - deyə şöbə müdiri qeyd edib.

Xəbər lenti