Övladını məktəbə göndərməyəcək valideynlərin nəzərinə

XƏBƏR
13:23
22 Yanvar 2021
196

“Əgər valideynlər fevralın 1-dən övladlarını məktəbə əyani təhsilə göndərməzsə, məsuliyyəti öz üzərinə götürür ki, onların teledərsləri izləməsini təmin edəcək”.

Sabah.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib. O bildirib ki, valideynlər şagirdlərin qiymətləndirmədə iştirakına zəmin yaradacaq.

Təhsil naziri Emin Əmrullayev da bildirib ki, valideynlər uşaqlarını məktəblərə göndərməyə çəkinirlərsə, təhsil ilinin sonuna kimi tele-dərslər davam etdiriləcək.