Nazir təhsil haqlarının ləğvi ilə bağlı fikirlərə münasibət bildirdi

GÜNDƏM
12:41
22 Yanvar 2021
152

“Bəzi hallarda təhsil haqlarının ləğv edilməsi istəkləri səsləndirilir. Burada ehtiyatlı olmaq lazımdır”.

Sabah.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, dövlət təhsil haqlarının ödənilməsi zamanı sosial vəziyyəti nəzərə alır: “Hazırda ölkədə tələbələrin təxminən yarısı dövlət hesabına təhsil alır. Birinci kurslarda bu rəqəm 60 faizdir. Həmçinin, ödənişli və ödənişsiz təhsil həm də biliyin qiymətləndirilməsi nəticəsində yaranan mexanizmdir. Bu ləğv edilsə, onda təhsildə rəqabət də qalmaz.

Bəllidir ki, bu gün müəyyən sayda tələbələrin ödəniş problemi var. Məncə, bunu təhsil müəssisələri fərdi yanaşmaqla həll edə bilərlər. Elə tələbə olar ki, ödənişin müəyyən qismini ödəyə bilər, digəri ümumiyyətlə, ödəmək qabiliyyətində olmaz. Burada tələbəyə uyğun fərdi yanaşaraq qərar verilə bilər.

Həmçinin, Təhsil Nazirliyi olaraq parlament və dövlətin digər qurumları ilə təhsil kreditləri ilə bağlı müzakirələr davam etdirilir”.

Xəbər lenti